YLCT Layihəsi | Yeni Tip Sürətli Desant Gəmiləri (FOTOLAR)

2026/06/1781625244.jpg
Oxunub: 300     19:54     16 İyun 2026    
Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının amfibiya əməliyyatları üzrə ehtiyaclarının qarşılanması məqsədilə “Anadolu Tersanesi” tərəfindən layihələndirilərək inşa edilən Yeni Tip Sürətli Desant Gəmiləri Türkiyə müdafiə sənayesinin dəniz platformaları sahəsindəki mühəndislik təcrübəsini daha yüksək səviyyəyə daşıyır.

Bu yeni platformalar “Anadolu Tersanesi”nin daha əvvəl uğurla layihələndirib inşa etdiyi 151 sinfinə məxsus Desant Vasitələrindən əldə olunan əməliyyat təcrübəsi əsasında hazırlanıb. Onlar həm hərbi əməliyyatlar, həm də humanitar yardım missiyalarında yüksək çeviklik və effektivlik təmin edəcək şəkildə formalaşdırılıb.


Yeni Tip Sürətli Desant Gəmiləri Layihəsi və Təchizat Prosesi

Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə “Anadolu Tersanesi” arasında müqavilə 2024-cü il aprelin 1-də imzalanıb, müqavilənin 2024-cü il mayın 27-də qüvvəyə minməsi ilə ilk gəminin inşasına başlanılıb.

Döyüş sistemi layihələndirilməsi və inteqrasiya edilməsi də daxil olmaqla gəmilərin bütün layihələndirmə işləri “Anadolu Tersanesi” tərəfindən həyata keçirilib.

İnşa prosesi “Türk Loydu”nun nəzarəti altında, hərbi gəmi qaydalarına uyğun şəkildə aparılır və gəmilər “Türk Loydu” tərəfindən sertifikatlaşdırılır.


Yeni Tip Sürətli Desant Gəmilərinin Texniki Xüsusiyyətləri

Xüsusiyyət - Dəyər/Açıqlama

Gəmi tipi - Yeni Tip Sürətli Desant Gəmisi
Layihələndirmə və inşa - “Anadolu Tersanesi”
Tam uzunluq - Təxminən 79,85 metr
Eni (genişliyi) - 11,70 metr
Subasımı qabiliyyəti- 1.156 ton
Maksimal sürət - 20 dəniz mili
Maksimal fasiləsiz sürət - 18 dəniz mili
Üzmə məsafəsi (mənzil) - 400 dəniz mili
Dənizdə qalma müddəti - Təchizat almadan ən azı 7 gün
Gəmi heyəti - 20 nəfər
Əlavə daşıma qabiliyyəti - Amfibiya əməliyyatları zamanı amfibiya bölük qrupunun şəxsi heyəti
Nəqliyyat vasitələrinin daşınma qabiliyyəti - “Altay” Əsas Döyüş Tankı da daxil olmaqla bütün tanklar və zirehli nəqliyyat vasitələri
Nəqliyyat vasitələri göyərtəsi - Tankların və zirehli nəqliyyat vasitələrinin daşınmasına uyğun
Burun qapağının konstruksiyası - Xüsusi layihələndirilmiş burun qapağı
Əməliyyat transfer qabiliyyəti - Gəmidən-gəmiyə şəxsi heyətin köçürülməsi, birbaşa göyərtədən-göyərtəyə nəqliyyat vasitələrinin daşınması
Sertifikatlaşdırma - “Türk Loydu” (Hərbi Gəmi Qaydaları)


Amfibiya Əməliyyatları Qabiliyyəti və Əməliyyat Çevikliyi

Yeni tip sürətli Desant Gəmiləri icra olunacaq amfibiya əməliyyatlarında əməliyyat qüvvəsinin elementlərini daşıya bilir və ilk dalğadan etibarən istənilən maililik dərəcəsinə malik çimərliklərə burun qapağını endirə bilmək qabiliyyəti təqdim edir.

Nəqliyyat Vasitələri və Zirehli Platformaların Daşınması Qabiliyyəti

“Altay” Əsas Döyüş Tankı da daxil olmaqla inventardakı bütün tankları və zirehli nəqliyyat vasitələrini daşıya biləcək xüsusiyyətlərə malik nəqliyyat vasitələri göyərtəsinə sahibdir.

Xüsusi Burun Qapağı Konstruksiyası və Transfer Əməliyyatları

“Anadolu Tersanesi” tərəfindən hazırlanmış xüsusi burun qapağı konstruksiyası sayəsində:

- Dənizdə gəmidən-gəmiyə şəxsi heyətin köçürülməsi,
- Göyərtədən-göyərtəyənəqliyyat vasitələrinin daşınması,
- Zirehli nəqliyyat vasitələrinin və şəxsi heyətin sürətli şəkildə endirilməsi və götürülməsi


kimi kritik əməliyyatlar təhlükəsiz və effektiv şəkildə icra oluna bilir.

Bu qabiliyyətlər 151 sinfinə məxsus desant vasitələrinin mövcud imkanlarını daha da inkişaf etdirir.


Humanitar Yardım və Fəlakətlərə Müdaxilə Missiyaları

Ç-151 sinfinə məxsus LCT-lər fəlakətlər zamanı fəal şəkildə xidmət göstərib: Ç-151, Ç-153, Ç-154, Ç-155 və Ç-147 “Yaşıl Vətən”dəki meşə yanğınları ilə mübarizə məqsədilə əməliyyatlara cəlb olunub.

Yeni Tip Sürətli Desant Gəmiləri yalnız hərbi vəzifələrlə məhdudlaşmayaraq humanitar yardım və fəlakətlərə müdaxilə fəaliyyətlərində də effektiv rol oynaya biləcək şəkildə layihələndirilib.

Sel, meşə yanğınları və zəlzələ kimi fəlakət hallarında:

- Şəxsi heyətin və materialların daşınması,
- Şəxsi heyətin təxliyəsi,
- Qurudan çıxışı mümkün olmayan sahil zolaqlarında yanğınlara müdaxilə


kimi vəzifələri yerinə yetirə biləcək imkanlara malikdir.

Bu xüsusiyyəti ilə platformalar sülh dövründə də Türkiyə Silahlı Qüvvələrinin böhranların idarə olunması və humanitar yardım qabiliyyətlərinə mühüm töhfə verir.

Yeni Tip Sürətli Desant Gəmilərinin Təhvil Təqvimi

Təchizat proqramı çərçivəsində ümumilikdə 8 ədəd yeni tip sürətli Desant Gəmisinin inşa edilməsi planlaşdırılır.

- İlk gəminin 2025-ci ilin dördüncü rübündə,
- Səkkizinci və son gəminin isə 2027-ci ildə


Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil verilməsi hədəflənir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: YLCT   Desant-gəmisi   Türkiyə  


Bizi "telegram"da izləyin